Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tanınmışların uşaqları adama salam da vermirlər" - Xoşqədəm

Tarix: 21 Avqust 2022 18:40

"Heç kimdən heç nə istəmirəm. Amma uşaqları qoruyun. Onlar bizim gələcəyimizdir. Sabah bu dövlətə xidmət edəcəklər. Həkim, jurnalist, iqtisadçı olacaqlar. Təhsilli, sevgi dolu, işıqlı gələcək yetişdirməliyik".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında deyib. O, məşhurların övladlarının sevgisizlikdən eqolu böyüdüklərini bildirib:

"Bir çox tanınmışların uşaqları adama salam da vermirlər. Uşaqları elə öyrətməyin. Salam verirsən, sanki psixolji problemləri var. Bunu məşhurların övladlarında da görürəm və üzülürəm. Bilirəm ki, o ailədə sevgi yoxdur. Sevgi bəslənən bir uşaq niyə qaşqabaqlı, eqosu yüksək olmalıdır? 7-8 yaşlı uşağın ambisiyası nədir? Uşağa sevgi verin".

Milli.Az


Etiketlər:  Tanınmışların uşaqları adama salam da vermirlər Xoşqədəm


RƏYLƏR