Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergi hesabatını təqdim etməsəniz...

Vergi hesabatını təqdim etməsəniz...

Tarix: 22 Avqust 2022 19:36

Vergi Məcəlləsində 2022-ci il yanvarın 1-dən edilmiş dəyişikliklərə əsasən, bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergiödəyicisinə vergi orqanının rəhbərinin qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisinin vergi öhdəliyi yaranmadıqda hesabatın əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergiödəyicisinə aylıq gəlirin vergi tutulmayan məbləğinin 2 misli miqdarında maliyyə sanksiyası tətbiq olunur.

Eyni zamanda, Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergiödəyicisi vergi orqanının rəhbərinin qərarına əsasən 500 manat, nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergiödəyicisinə 100 manat, göstərilən arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergiödəyicisi 2000 manat, eləcə də nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergiödəyicisi hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyasına məruz qalır.

Həmçinin idxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergiödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə isə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.


Etiketlər:  Vergi hesabatını təqdim etməsəniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ