Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2022 08:26
"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" (Çexiya) ilə cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
O, matç öncəsi deyib: "Bizi çətin oyun gözləyir. Rəqibi yaxşı analiz etmişik. Fiziki və taktiki baxımdan hazırıq. Sabah yaxşı mübarizə və yaxşı nəticə ilə qrupa vəsiqə qazanmağa çalışacağıq".
Zubir heç vaxt ÇL-in qrupunda oynamadığını söyləyib: "Mən və komanda yoldaşlarım bu addımı atmaq üçün hazırıq. Qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş qolsuz bərabərliklə başa çatıb.