Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidəki yanğın söndürüldü

Şəkidəki yanğın söndürüldü

Tarix: 23 Avqust 2022 08:38

Şəkidə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Kiş kəndindən 8-9 km aralıqda, yüksək və mürəkkəb relyefli dağlıq ərazidə ötən gün günorta saatlarından başlayan yanğın bu gün səhər saatlarında söndürülüb. Hazırda ərazidə tam soyutma və kəşfiyyat işləri aparılır.

İlkin məlumata görə, yanğın 15 hektar sahəni əhatə edib. Ərazidə kol-kos, xəzəl, quru ot, xırda ağaclar, qurumuş ağac və kötükləri yanıb.

Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 60 nəfər canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının 30 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd helikopteri həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100-ə yaxın əməkdaşı cəlb edilib.

Milli.Az


Etiketlər:  Şəkidəki yanğın söndürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ