Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2022 22:32
"Alim Qasımovun qızı Fərqanə Qasımova Cahangir Cahangirovun "Durnalar" mahnısını Hindistan variantında oranjiman edib, elə bil Hindistandan gəlib".
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bunu müğənni Əli Mirəliyev deyib.
"Cahangir Cahangirov yuxuma girib deyir ki, ay Əli, axı sən bilirsən ki, mən belə mahnılar yazmamışam. Xalq artistinin ailəsidir, özü də Əməkdar artist. Sizin nə ixtiyarınız var? Atan dərviş kimi oxuyur, sən də hindistanlı kimi. Sən Cahangir Cahangirovun mahnısına niyə toxunursan? O, Üzeyir bəyin tələbəsi olub. Kim sizin arxanızda durur ki, istədiyinizi edirsiniz. Azərbaycan musiqisini bu günə salmaq nə qədər doğrudur? Fərqanə Qasımova mənə yazıb ki, Əli müəllim, bu mahnıya görə xalq məni sevir".
Qarşı tərəfin səsləndirilən iddialara münasibətini dərc etməyə hazırıq.