Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ“ın Avropa Liqasındakı potensial rəqibləri

“Qarabağ“ın Avropa Liqasındakı potensial rəqibləri

Tarix: 24 Avqust 2022 12:04

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya (Çexiya) uduzaraq (1:2, ilk oyun 0:0) mübarizəni dayandırdı. İndi Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində yarışmalı olacaq.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bununla Qurban Qurbanovun komandası ardıcıl 9-cu mövsüm avrokubokların qrupunda yarışacaq. 

2021-ci ildən qüvvəyə minən dəyişikliklərdən sonra artıq Avropa Liqasının qruplarında 48 deyil, 32 komanda yarışır (hər birində 4 komanda olmaqla 8 qrup). Avroliqada pley-off mərhələsinin oyunlarına avqustun 25-də yekun vurulacaq. Avqustun 26-da isə qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. İstanbulda keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qrup mərhələsinin oyunları aşağıda qeyd edilən tarixlərdə keçiriləcək:

1-ci tur: 8 sentyabr

2-ci tur: 15 sentyabr

3-cü tur: 6 oktyabr

4-cü tur: 13 oktyabr

5-ci tur: 27 oktyabr

6-cı tur: 3 noyabr

Oyunlar Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlanacaq.

Qrupun qalibi 1/8 finala vəsiqə qazanacaq. Qrup ikincisi isə pley-off-da (şərti olaraq 1/16 final) oynayacaq. Burada rəqib Çempionlar Liqasının qrup üçüncüsü olan komanda olacaq. Avroliqada qrup üçüncüsü isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) davam etdirəcək. Rəqib KL-də öz qrupunda
ikinci yeri tutan 8 komandadan biri olacaq.

Qeyd edək ki, hazırda Avropa Liqasının qrupunda aşağıda adları qeyd edilən bu 19 komandanın oynayacağı dəqiqləşib:

"Roma" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə)

"Arsenal" (İngiltərə)

"Latsio" (İtaliya)

"Braqa" (Portuqaliya)

"Feyenoord" (Niderland)

"Renn" (Fransa)

"Real Sosyedad" (İspaniya)

"Betis" (İspaniya)

"Union" (Almaniya)

"Frayburq" (Almaniya)

"Nant" (Fransa)

"Monako" (Fransa)

"Şturm" (Avstriya)

"Yunion" (Belçika)

"Mityülland" (Danimarka)

"Srvena Zvezda" (Serbiya)

"Dinamo" (Kiyev, Ukrayna)

"Qarabağ" (Azərbaycan) 

Qrup mərhələsinin digər 13 iştirakçısı Avroliqanın və Çempionlar Liqasının pley-off görüşlərindən sonra müəyyənləşəcək.


Etiketlər:  Qarabağın Avropa Liqasındakı potensial rəqibləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ