Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ər-arvad qəzada öldü

Bakıda ər-arvad qəzada öldü

Tarix: 25 Avqust 2022 08:46

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Sonxeber.net Report-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir - red.) hadisə yerində keçinib, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Mustafayeva Nargül Mamed qızı isə ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda arvad qəzada öldü


RƏYLƏR