Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atamı tanımıram'' - Burcu Biricik

''Atamı tanımıram'' - Burcu Biricik

Tarix: 25 Avqust 2022 22:06

"Camdakı kız" serialında rol alan türkiyəli aktrisa Burcu Biricik aktyor Ahmet Mümtaz Taylanın "Empati" verilişinə qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa proqramda atasını tanımadığını açıqlayıb:

"Valideynlərim mən uşaqkən ayrılıb, anam işləməyə məcbur oldu. Anamdan da az yaşda ayrılmağa məcbur qaldım. Nənəm, babam və dayımla böyümüşəm. Anam Antalyada işləyirdi. Çox böyük sevgi ilə böyümüşəm. İnsanın 4-7 yaş arası ana-ata mövzusu sıxıntılı ola bilir. Mən atamı tanımıram. Amma başa düşməyə çalışıram. Ona hirslənmirəm. Bəlkə o yolu seçməyə məcbur qalıb, bəlkə də həyat onu başqa yola çəkib və s. Bunların hamısını qəbul edib, yoluma davam edirəm".

Biricik onun təhsil alması üçün qardaşının ali məktəbdə oxumadığını deyib:

"Mən oxuduğum vaxtlarda qardaşım məktəbi bitirdi. Qardaşım təhsilimə görə işləməyə başladı. O ərəfədə mən də oxuyaraq işləyirdim. Ofisant işləmişəm, gözəllik salonunda çalışmışam, klounluq etmişəm. Qardaşım işlədi, mən universiteti oxudum. Mənim təhsil haqlarımı ödədi. İndi Danimarkada yaşayır, iki övladı var, xoşbəxtdir. Ailədə sevgi vacibdir, saf sevgiyə inanıram".

Milli.Az


Etiketlər:  Atamı tanımıram Burcu Biricik


RƏYLƏR