Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə sərnişin avtobusu qəzaya düşdü - xəsarət alanlar var

Türkiyədə sərnişin avtobusu qəzaya düşdü - xəsarət alanlar var

Tarix: 28 Avqust 2022 10:28

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Hatay əyalətində qeydə alınıb. Dörtyol rayonunda, İskəndərun-Adana magistral yolunda sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər xəsarət alıb.

İlkin məlumata görə, hadisəyə sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub.

Hadisə yerinə təcili yardım, yanğınsöndürən və polis əməkdaşları cəlb edilib.

Yaralılar Dörtyol Dövlət Xəstəxanasına çatdırılıblar.

Milli.Az


Etiketlər:  Türkiyədə sərnişin avtobusu qəzaya düşdü xəsarət alanlar var


RƏYLƏR