Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Heç kim bizi qorxuda bilməz: nə yumruqla, nə də böyük dövlətlərlə" - Qalstanyan

Tarix: 28 Avqust 2022 23:42

"Evləri və kəndləri dağıdılan və yandırılan bir xristian bayramları necə qeyd edə bilər?".

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, bunu Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstanyan bugünkü xütbəsi zamanı deyib.

O, çıxışında deyib ki, heç kim bizi heç nə ilə qorxuda bilməz.

"Xristian necə laqeydlik göstərə bilər, evlər, kəndlər xarabalığa çevriləndə, yandırılanda bayramları necə qeyd edə bilər? Kim oxuya, rəqs edə, sevinə bilər? Hansı gününə?

Bir anlığa təsəvvür edin ki, taleyin hökmü ilə siz ora düşmüsüz, sevimli bacı-qardaşların da belə yanıblar. Bu yerdə siz nə deyərdiniz?

Biz çox şey görmüşük və bundan sonra da görəcəyik. Böyük sülh o zaman gələcək ki, (İncildə deyildiyi kimi) biz inanırıq və qorxmağı dayandırırıq, Rəbbə, keçmişimizə, gələcəyimizə sadiq qalacağıq, məhv olmuş gələcəyimiz üçün həll yolları tapmağa hazır olacağıq.

Heç kim bizi heç nə ilə qorxuda bilməz: nə yumruqla, nə dünya qüvvələri ilə, nə də böyük dövlətlərlə. Kağızlarda nə qədər yazılsa da, dostumuz yoxdur. Ən yaxşı dostlarımız özümüz və Rəbbimizdir", - yepiskop deyib.

Milli.Az


Etiketlər:  Heç kim bizi qorxuda bilməz yumruqla böyük dövlətlərlə Qalstanyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ