Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çoxundan gizlənirsən, bakteriyadırlar”

“Çoxundan gizlənirsən, bakteriyadırlar”

Tarix: 29 Avqust 2022 17:50

"Biz çox güman köhnə Bakı üçün darıxmırıq. Köhnə Bakını bizə ilk dəfə göstərənlər, gəzdirənlər üçün darıxırıq".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev yazıb. Sənətçi köhnə illər üçün darıxdığını dilə gətirib: 

"Bu gün ən bahalı dondurma, 30 il bundan qabaq "bir abasılıq" dondurmanın yerini vermir! Niyə? "Ay ana, marojna əmi gəldi, düşüm alım. Neynirsən adə o buzu? Yaxşı,get al!".

Heç yadımdan çıxmaz, 6 dərsin bitməsini gözləyirdim ki, anamın buterbrod üçün verdiyi "1 abası"-ya "xoruz" alım. Tanıdığımız bildiyimiz bir o xoruz idi, bir də Xoruz baba. Eyni kranı açıb ağzımızı dirəyirdik oğlanlı qızlı su içməyə, nə iyrənmək, nə bakteriya, nə antisanitariya. İndi çoxundan gizlənirsən, çoxu bakteriyadır.

Məşhur meyxana var idi: Hamı bilir 5-ci gün "DALĞA"-dı, subbota "RETRO"-du sənin canın üçün... Hə həftədə 1 film, gəl o film haqqında danışmağa nə qədər adam var idi, adam kimi adam...

Bir ara qadınlar "Dodaqdan qəlbə"ni oxuyurdular, kişilər "Qara Volqa"nı, biz isə qalırdıq onların arasında "Mauqli"ni gözləyə-gözləyə. Qabağımızda bir parça "Nağıl" tortu
ye, uzan "sinkalanmı balışa, taxta kimi balışa, dünyanın bəlkə ən yumşaq balışı idi o. Hələ anam "yat, adə" deyirdisə, lap yumşalırdı balış...

Durun gedək 80-lara, 90-lara...".

Milli.Az


Etiketlər:  Çoxundan gizlənirsən bakteriyadırlar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ