Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sertifikasiyada məqsəd müəllimləri utandırmaq deyil”

“Sertifikasiyada məqsəd müəllimləri utandırmaq deyil”

Tarix: 29 Avqust 2022 22:40

"Sertifikasiyada məqsədimiz müəllimləri hansısa çətin suallarla imtahan edib xoşagəlməz nəticələrlə üz-üzə qoymaq deyil".

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Diqqət mərkəzi" verilişində deyib.

Nazir bildirib ki, müəllimlərin əksəriyyətinin bu prosesdən uğurla keçəcəyini proqnozlaşdırır:

"Müəyyən xətalar ola bilər, amma ümumilikdə proqnozlaşdıra bilirik ki, müəllimlərimizin böyük əksəriyyəti sertfikasiyadan keçə biləcək və əhəmiyyətli əksəriyyətinə sentyabrdan əmək haqqına əlavələr veriləcək. Bu əmək haqqılar hamıya eyni qaydada deyil, diferrensiallaşmış qaydada veriləcək. Biz müəllimlərin əksəriyyətinin bu prosesdən uğurla keçəcəyini proqnozlaşdırırıq. Bu proses heç bir halda müəllimlərimizi utandırıb onun şəxsiyyətinə xələl gətirərək bu və ya digər formada sistemdən uzaqlaşdırmaq məqsədi daşımır. Biz bugünkü günümüzdə irəliyə doğru getmək istəyirik. İnanırıq ki, hər bir müəllimimizin yaxşıya doğru getməyə həm istəyi, həm də vəzifə borcu olmalıdır. Proses zamanı insanlarda hər hansı həyəcanlanma, psixoloji gərginliyin olması başa düşüləndir. Amma bu prosesin əsas məqsədi müəllimlərimizi hər hansı gərginliyə salmaq deyil. İslahatın ümumi dövrü 4 ili əhatə edir. Biz hər 4 ilin sonunda çalışacağıq ki, müəllimləri bu prosesdən keçirək. Müəllim uşaqlar qarşısında minimal bacarıqlarını göstərməyi bacarmalıdır. Bu testlər o qədər çətin testlər deyil. Müəllimlərə 2 dəfə şans verilir. Müəllim 2 il ərzində bu sertifikasiyadan keçə bilmirsə, biz uşaqları da düşünməliyik. Hər bir insanın həyatının istənilən mərhələsində öyrənmək imkanı var".


Etiketlər:  Sertifikasiyada məqsəd müəllimləri utandırmaq deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ