Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2022 22:54
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın danışıqlar istəmədiyini deyib.
Sonxeber.net bildirir ki, bu barədə "report" Ukrayna mətbuatına istinadən xəbər verir.
Prezident vurğulayıb ki, Ukrayna ərazilərini qaytarmaq istəyir. Zelenskinin sözlərinə görə, qayıdış prosesi fərqli ola bilər.
"Ancaq istənilən danışıqlar hər iki tərəfin istəyi üçün zəruridir. Bu, Rusiya hakimiyyətinin növbəti açıq yalanıdır, onlar danışıqlara hazır deyillər, bunu istəmirlər. Onların anlayışına görə, danışıqlar ultimatumdur - biz Donbası və Krımı Rusiyanın əraziləri kimi tanımalıyıq", - Zelenski bildirib.
"Bu, sadəcə olaraq, yad olan hər şeyi hiss edən qarınqulu timsahdır. Onlarla necə danışsan da, altı aydan sonra yenə başqa ərazimizə gələcəklər. İstəyirəm ki, hamı bizimlə birlikdə bundan xəbərdar olsun", - Zelenski əlavə edib.
Dövlət başçısının sözlərinə görə, onu da dərk etmək lazımdır ki, əslində Rusiya o qədər də güclü və qüdrətli deyil.
"Böyük dövlətlə bağlı bu əfsanə unudulmalıdır. Biz bunu döyüş meydanında göstəririk", - o vurğulayıb.