Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Lada''da drift etdi, uşağı maşından atdı - VİDEO

''Lada''da drift etdi, uşağı maşından atdı - VİDEO

Tarix: 30 Avqust 2022 14:32

Rusiyada Orenburq sakini "Lada"da sürüşmə edib. Yolda uğursuz dönmə zamanı uşaq oturacağı ilə birlikdə maşından yerə düşüb.

Sonxeber.net bildirir ki, hadisənin videosunu "Opengrad" portalı dərc edib.

Ortaya çıxan görüntülərdə avtomobil idarə edən rusiyalının yolda necə manevr etdiyi görünüb. Maşının fırlanan anda balaca qız salondan asfaltın üstünə düşüb. Sərnişin və sürücü dərhal onun yanına qaçsa da, o, özü ayağa qalxıb.

Daha sonra böyüklər qızı geri oturdaraq hadisə yerindən qaçıblar. Daha sonra polis əməkdaşları avtomobili Transportnaya küçəsindəki evlərin birinin həyətində aşkar ediblər. 33 yaşlı Orenburq sakini inzibati məsuliyyətə cəlb edilərək cərimə edilib. Kişiyə uşaqları avtomobildə daşımaq qaydaları da xatırladılıb.

İrfan Vəliyev


Etiketlər:  Ladada drift etdi uşağı maşından atdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ