Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 15:26
Hillari Klinton 2012-ci ildə ABŞ dövlət katibi olarkən çəkdirdiyi fotosunu "Twitter" hesabında paylaşıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, şəkildə onun klubda rəqs etməsi əks olunub. Sabiq dövlət katibi bu paylaşımı Finlandiyanın Baş naziri Sanna Marinin qalmaqallı videolarına dəstək məqsədilə edib.
"Mən burada dövlət katibi qismində görüş üçün uçduğum Kartaxena şəhərindəyəm. Rəqs etməyə davam edin, Sanna Marin", - deyə Hillari Klinton paylaşımda Finlandiya baş nazirinin hesabını qeyd edib.
"Hillari Klintona təşəkkür edirəm", - deyə Sanna Marin cavab olaraq yazıb və şərhə ürək emojisi əlavə edib.
Hillari Klintonun fotosu 10 il əvvəl Kolumbiyaya rəsmi səfəri zamanı çəkilib.