Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yığmamız Ukraynaya uduzdu

Yığmamız Ukraynaya uduzdu

Tarix: 30 Avqust 2022 21:14

Çimərlik Futbolu üzrə Azərbaycan milli komandasının Dünya Çimərlik Oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

İtaliyanın Katanya şəhərində keçirilmiş Ukrayna - Azərbaycan qarşılaşması 5:4 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millinin qollarını Orxan Məmmədov, Kamil Hüseynov, Ramil Əliyev və Amid Nəzərov vurub.

Qeyd edək ki, digər qruplarda qeydə alınacaq nəticələrdən asılı olaraq, Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazanıb-qazanmayacağı müəyyənləşəcək.

Milli.Az


Etiketlər:  Yığmamız Ukraynaya uduzdu


RƏYLƏR