Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər: “Vaxtaşırı aclıq pəhrizi, ömrü uzatmağın effektiv üsuludur”

Alimlər: “Vaxtaşırı aclıq pəhrizi, ömrü uzatmağın effektiv üsuludur”

Tarix: 30 Avqust 2022 23:27

Alimlər vaxtaşırı aclıq pəhrizi etməyin ürək çatışmazlığı riskini azaldaraq, insanların daha sağlam və uzun yaşamasını təmin etdiyini açıqlayıblar.

MedicalXpress saytının xəbərinə görə, Amerika Ürək Cəmiyyətinin mütəxəssisləri vaxtaşırı aclıq pəhrizi etməyin ürək çatışmazlığı riskini azaltdığını bildiriblər.

Alimlərin etdiyi araşdırma çərçivəsində, təxminən 2 min insana ürək kateterizasiyası tətbiq olunub, bu şəxslərin arasından 389 nəfərə nizamlı aralıqlarla aclıq pəhrizi etdirilib. Xəstələrin hamısının sağlamlıq vəziyyəti, təxminən 4.5 il boyunca araşdırılıb.

Nəticə olaraq, aclıq pəhrizi edənlərdə ölüm nisbətinin, araşdırmaya qatılan digər xəstələrə nisbətən 45% daha az olduğu məlum olub.

Mütəxəssislər eyni xəstələr haqqında məlumatları da təhlil edərək, aclıq pəhrizi edənlərdə infarkt hadisələrinin 71% daha az rast gəlindiyini müəyyən ediblər.


Etiketlər:  Alimlər Vaxtaşırı aclıq pəhrizi ömrü uzatmağın effektiv üsuludur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ