Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2022 08:32
"Qərbin Rusiyaya qarşı sanksiyaları effektiv və düzgündür".
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinə Avropanın vahid reaksiyası Rusiya Prezidenti Vladimir Putini təəccübləndirə bilib:
"Sanksiya tədbirləri Ukrayna münaqişəsinə son qoymaq üçün Rusiyaya təzyiq göstərmək üçün mühüm vasitədir. Ölkə dünya texnoloji tərəqqidən kənarda qalıb. Bu nə qədər uzansa, Rusiyaya bir o qədər çox ziyan dəyəcək. Mənim üçün Almaniyanın (Ukrayna tərəfdarlarının Qərb alyansından - Red) çıxmasından söhbət gedə bilməz".