Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda restoranın diceyi bıçaqlanıb - FOTO

Bakıda restoranın diceyi bıçaqlanıb - FOTO

Tarix: 1 Sentyabr 2022 07:28

Bakının Yasamal rayonunda insident zamanı bir nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müzəffər Həsənov küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, restoranda dicey kimi fəaliyyət göstərən Elşən Babayevlə müştəri arasında mübahisə baş verib.

Nəticədə E.Babayev bıçaqlanıb.

Yaralı Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisə yerində Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

Milli.Az


Etiketlər:  Bakıda restoranın diceyi bıçaqlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ