Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Milan” 1,2 milyard avroya satıldı

“Milan” 1,2 milyard avroya satıldı

Tarix: 1 Sentyabr 2022 20:06

"Elliott Advisors UK Limited" şirkəti İtaliyanın "Milan" futbol klubunu "RedBird Capital Partners"a satıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, alqı-satqı müqaviləsinin dəyəri 1,2 milyard avro təşkil edib.

Klubun yeni sahibinin təsisçisi Cerri Cardinale verdiyi açıqlamada bildirib ki, "Milan"ı Avropa və dünya futbolunun zirvəsində saxlamaq üçün qlobal idman və media şəbəkəsindən və bütün təcrübəsindən istifadə etməyə çalışacaq.

Qeyd edək ki, "Red BirdCapital Partners" amerika şirkəti bir neçə idman klubunun, ö cümlədən də "Liverpul"un sahibi olan "Fenway Sports Group"un investorudur.


Etiketlər:  Milan milyard avroya satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ