Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zabit Səmədov tamaşaçılara MÜRACİƏT ETDİ

Zabit Səmədov tamaşaçılara MÜRACİƏT ETDİ

Tarix: 2 Sentyabr 2022 23:08

Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədov Bakıda keçiriləcək vida döyüş gecəsi ilə bağlı tamaşaçılara müraciət edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Mauqli" ləqəbli idmançı Milli Gimnastika Arenasında keçiriləcək döyüş gecəsində dəstək üçün tamaşaçıları gözlədiyini bildirib.

Qeyd edək ki, bu döyüş gecəsi sentyabrın 10-da keçiriləcək. Yarış saat 18:00-da başlayacaq. Zabit Səmədov "Yekəayaq" ləqəbli braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silva ilə qarşılaşacaq. Bu, Səmədovun karyerasında sonuncu - 116-cı döyüşü olacaq. Qalib gələcəyi halda, ona Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəməri təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Zabit Səmədov tamaşaçılara MÜRACİƏT ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ