Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 yaşlı uşaq anasının xilası üçün əməliyyat oldu - VİDEO - FOTO

10 yaşlı uşaq anasının xilası üçün əməliyyat oldu - VİDEO - FOTO

Tarix: 3 Sentyabr 2022 17:28

Çində məktəbli oğlan leykozdan əziyyət çəkən anası üçün sümük iliyi donoru olub. Ailə üzvləri arasında yeganə onun toxumaları qadınınkı ilə uyğun gəlib. Həkimlər əminlik üçün uşaqdan 30-dan çox analiz götürüblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, əməliyyatdan bir neçə gün əvvəl qanın kök hüceyrələrini hərəkətə gətirmək üçün uşağa yeddi iynə vurulub. Çox vaxt pasiyentlər bundan sonra möhkəm ağrı və digər xoşagəlməz yan təsirlərlə qarşılaşırlar.

"Qorxdummu? Xeyr! Qorxu hiss etmirəm, xüsusən indi atam yanımdadır. Bilirəm ki, əməliyyat təxminən üç saat çəkəcək, bu da kifayət qədər azdır. Anamı xilas etmək üçün hər şeyi etməyə hazıram", - deyə Cao Xuanyi bildirib.

Transplantasiya uğurlu keçib. Həkimlər qadına sümük iliyini köçürüblər. Hazırda cəsur oğlanın anası növbəti mərhələni gözləyir: Həkimlər qadının orqanizminin özünün sağlam qan hüceyrələrini istehsal etməsi üçün "məşq etdirəcəklər".


Etiketlər:  yaşlı uşaq anasının xilası üçün əməliyyat oldu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ