Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 21:28
İstanbulun Kuruçeşmə sahillərində yerləşən Qalatasaray adasındakı kompleksə naməlum şəxs və ya şəxslər atəş açıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, hadisə zamanı ölən və yaralanan olmasa da, güllənin dəydiyi şüşə panellərdən biri qırılıb.
"Məsələ ilə bağlı klubumuzun müraciəti əsasında dərhal cinayət işi açılıb. Qalatasaray İdman Klubu olaraq bu hadisənin səbəbkarlarının tapılmasında təhlükəsizlik bölmələrimizə güvənərik. Məsələni sona qədər izləyəcəyimizi ictimaiyyətə bildiririk. Həmçinin Türkiyə Futbol Federasiyasının Rivadakı obyektlərinə edilən hücumu şiddətlə qınayır və ümid edirik ki, belə hadisələrə son qoyulacaq. Əsas vəzifəsi ictimaiyyəti düzgün məlumatlandırmaq olan mətbuata bu kimi həssas mövzularda nəşr prinsiplərinə əməl etmələrini, təxribata səbəb ola biləcək xəbərlərdən uzaq durmağı tövsiyə edirik", - Qalatasaray İdman Klubunun məlumatında deyilir.
Qeyd edilib ki, bu gün səhər saatlarında Qalatasaray adasına gələn şəxsi heyət hadisənin fərqinə varıb. Amma xəsarət alan olmayıb.
Son məlumata görə, hadisə ilə bağlı araşdırmalara başlanılıb.