Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiyada on minlərlə insan hökumətə qarşı etirazlara qalxıb

Çexiyada on minlərlə insan hökumətə qarşı etirazlara qalxıb

Tarix: 3 Sentyabr 2022 23:48

Çexiyanın paytaxtı Praqanın Vatslav meydanında baş nazir Petr Fiala hökumətinin istefası tələbi ilə etiraz aksiyası keçirib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, ölkənin siyasi qurumları və qeyri-hökumət təşkilatlarının çağırışı ilə on minlərlə insan paytaxtın ən böyük meydanlarından birinə toplaşıblar.

"Bütün Vatslav Meydanı hökumətin istefasını tələb edir! Biz mitinq iştirakçıları, əleyhimizə işləyən hazırkı kabinetin istefasını tələb edəcəyik", - aksiya iştirakçılarından biri deyib.

Etirazlarda hökumətin istefaya getməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışlar olub.


Etiketlər:  Çexiyada minlərlə insan hökumətə qarşı etirazlara qalxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ