Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2022 10:22
Bu qış mövsümündə Rusiya Federasiyası Avropa ölkələrinə qarşı həlledici enerji zərbəsi hazırlayır.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.
"Rusiya Avropaya enerji təzyiqini daha da artırmağa çalışır, "Şimal axını" ilə qaz axını tamamilə dayanıb. Onlar niyə belə edirlər?
Rusiya qitəmizin bütün ölkələrində hər bir avropalının həyatını məhv etmək, zəiflətmək istəyir və bütün Avropanı, hər ölkəni qorxudur. Rusiya güc və silahdan istifadə edə bilmədiyi yerdə onu enerji silahına çevirir. Hələ raketlərlə vura bilmədiyi yerdə yoxsulluq və siyasi xaosla zərbə endirməyə çalışır", - dövlət başçısı deyib.
Onun sözlərinə görə, bundan qorunmaq üçün bütün Avropa ölkələrinin daha da qarşılıqlı yardıma və birliyə ehtiyacı var.
"Bu qış Rusiya bütün avropalılara qarşı həlledici enerji zərbəsinə hazırlaşır. Əsas cavablar isə iki şeydən ibarət olmalıdır: birincisi, terrorçu ölkəyə qarşı müdafiədə birliyimiz, ikincisi, Rusiyaya təzyiqimizi artırmaq - bütün səviyyələrdə sanksiyaların gücləndirilməsi və Rusiyanın neft və qaz gəlirlərinin məhdudlaşdırılması", - Zelenski əlavə edib.