Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2022 16:22
Cəbhənin bir çox bölgələrində gərgin döyüşlər davam edir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
"Cəbhənin bir çox ərazisində ağır döyüşlər davam edir - həm Xarkov vilayətində, həm cənubda, həm də Donbasda", - prezident deyib.
Zelenski xatırladıb ki, Rusiya qoşunları bu gün yenidən Nikolayev vilayətinə, Zaporojye və Dnepropetrovsk vilayətlərinin rayonlarına, həmçinin Xarkova hücum edib.
O əlavə edib ki, ölən və yaralananlar arasında uşaqlar da var.