Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peskov: “Rusiyanın Zelenski ilə danışacağı yalnız bir mövzu var”

Peskov: “Rusiyanın Zelenski ilə danışacağı yalnız bir mövzu var”

Tarix: 4 Sentyabr 2022 19:54

Rusiyanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışacağı mövzu Ukraynadakı vəziyyətin həlli üçün öz şərtlərinin yerinə yetirilməsidir.

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bunu bazar günü Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalist Pavel Zarubin Kremlin sözçüsündən Zelenskinin vəziyyəti sülh yolu ilə həll etmək istəməməsi ilə bağlı açıqlamasından sonra Moskvanın onunla danışacaq bir şeyin olub-olmadığını soruşub.

"Əlbəttə, şərtlərimiz yerinə yetirilərsə, danışa bilərik" deyə Peskov qeyd edib.

O, Rusiyanın şərtlərinin əvvəlki kimi qalıb-qalmaması ilə bağlı suala "Qətiyyətlə" cavabını verib.

"Əməliyyat davam edir, bütün məqsədlərə nail olunacaq", - deyə o, əlavə edib.


Etiketlər:  Peskov Rusiyanın Zelenski ilə danışacağı yalnız mövzu


RƏYLƏR