Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milyarderin nəvəsi qaçış zamanı oğurlanıb

Milyarderin nəvəsi qaçış zamanı oğurlanıb

Tarix: 5 Sentyabr 2022 07:36

ABŞ-ın Memfis şəhərində "Orgill Inc" şirkətinin qurucusu, Cozef Orgillin 34 yaşlı nəvəsi Eliza Fletcer qaçış zamanı oğurlanıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Fox News məlumat yayıb.

Onun səhər saat yerli vaxtla 4:20 radələrində qaçırıldığı qeyd edilir. O, qara rəngdə yolsuzluq avtomobilinə mindirilərək naməlum istiqamətə aparılıb. Hazırda müstəntiqlər cinayətin təsadüfi və ya planlı olmasını araşdırır.

Kanalın məlumatına görə, polis adam oğurluğu və sübutları saxtalaşdırmaqda ittiham olunan bir şübhəli, 38 yaşlı Kleote Ebstonu saxlayıb. Polis qaçırılan avtomobili də tapıb.

Fletçer ailəsi qadının harada olduğu barədə hər hansı məlumat üçün 50 min dollar vəd edib.

Qadın uşaq bağçasında müəllim işləyir. Eyni zamanda, o, "Orgill Inc" şirkətinin varisidir. Şirkətin illik satışları 3 milyard dollardan çoxdur.

Milli.Az


Etiketlər:  Milyarderin nəvəsi qaçış zamanı oğurlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ