Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 11:00
İranda ETTELAAT qüvvələri hicaba qarşı müqavimətə çağıran 300 nəfəri həbs edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Azad İran" "Telegram" kanalı bu barədə İranda Əxlaq Polisinin sözçüsü Əli Xanməhəmmədinin açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, saxlanılanlar müxtəlif yollarla hicabsızlığı təbliğ edən qrupların başçılarıdır.
Bununla yanaşı, SEPAH-ın nəzarətində olan "Fars" xəbər agentliyi də hicabsızlığa qarşı mübarizənin yeni dalğasını yolun başlanğıcı adlandırıb və müvafiq qurumları bununla bağlı daha əhatəli işlər görməyə çağırıb.
Əxlaq Polisinin sözçüsünün "hicaba qarşı təbliğat"a görə tutulduqlarını iddia etdiyi şəxslər hüquq müdafiəçiləri, ictimai və siyasi fəallardır. Onlar məcburi hicab qaydalarının icrasını insanların hüquqlarının pozulması, vətəndaşların şəxsi həyatı və geyim tərzinə dövlət müdaxiləsinin hüquq pozuntusu olması barədə çıxışlarına görə həbs ediliblər.
Qeyd edək ki, xüsusilə son aylar İranda məcburi hicab qaydalarına əməl etməyən onlarla qadın tutulub, yüzlərlə qadın isə döyülüb.