Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlara işgəncə verənlər ev dustağı edildi

Uşaqlara işgəncə verənlər ev dustağı edildi

Tarix: 5 Sentyabr 2022 19:58

"Mehnur" loqopedik mərkəzinin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində istintaq orqanı tərəfindən verilən təqdimat təmin olunub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onların hər üçü barəsində vəzifədən kənarlaşdırma və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2 gün öncə "Neftçilər" metrostansiyasının yaxınlığında yerləşən "Mehnur" loqopedik mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsinə dair görüntülər yayılmışdı. Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərən mərkəzdə videoda uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.


Etiketlər:  Uşaqlara işgəncə verənlər dustağı edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ