Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 08:12
Almaniya Ukraynanın Rusiyaya qarşı soyqırımı məhkəməsinə qoşulmaq istəyir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Ədalət Məhkəməsi açıqlama yayıb.
Açıqlamada, Litva, Latviya, Yeni Zelandiya və İngiltərədən sonra Almaniyanın da Ukrayna ilə Rusiya arasındakı soyqırımı mühakiməsinə qoşulmaq üçün müraciət etdiyi bildirilib.
Maraqlarına toxunulan dövlətlərin digər dövlətlər arasında mövcud məhkəmə çəkişməsinə qoşula biləcəyi xatırladılan açıqlamada Almaniyanın, "Tariximiz səbəbi ilə məhkəməyə qoşulmağın xüsusi əhəmiyyəti var" ifadəsi vurğulanıb.
Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna və Rusiyadan Almaniyanın işə qoşulma tələbi ilə bağlı yazılı bəyanatlar təqdim etmələrini istəyib.