Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna ordusu əks-hücum əməliyyatına başlayıb - Zelenski açıqladı

Ukrayna ordusu əks-hücum əməliyyatına başlayıb - Zelenski açıqladı

Tarix: 6 Sentyabr 2022 08:22

"Ukrayna dəstələri təkcə Xerson bölgəsindəki hücuma diqqət yetirmirlər. Müdafiəçilərin əks-hücum hərəkətləri üçün bir çox yolu var".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABC NEWS telekanalına müsahibəsində deyib.

Jurnalist Zelenskidən Ukrayna hərbçilərinin niyə Xerson vilayətində əks-hücum əməliyyatına başlamaq qərarına gəldiyini soruşub.

"Mən demirəm ki, əks-hücum yalnız Xersona qarşıdır. İstiqamət və ya istiqamətlər var və biz irəliləməliyik" - Zelenski deyib.

Eyni zamanda, Zelenski qeyd edib ki, hərbi əməliyyatın təfərrüatları barədə danışa bilməz:

"Mən istəyirəm ki, düşmən bizdən sürprizlər alsın".

Zelenski qeyd edib ki, çox çətin müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir.


Etiketlər:  Ukrayna ordusu əks hücum əməliyyatına başlayıb Zelenski açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ