Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 08:44
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki "Grand Chess Tour"un sonuncu mərhələsi olan "Sinkfild Kuboku"nda ilk qələbəsini qazanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, 37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi.
Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.
Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.
Məmmədyarov hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.