Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 21:14
Səhvən ölü elan edilən amerikalı kişi bədəni orqanları üçün bağışlanmazdan bir neçə saniyə əvvəl həyat əlamətləri göstərib.
Sonxeber.net bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.
37 yaşlı Rayan Marlou Listeria bakteriyasına yoluxduqdan sonra iki həftə xəstəxanada qalıb. İnfeksiyaya görə beynində şiş əmələ gəlib. Xəstənin vəziyyəti getdikcə pisləşib, nəticədə həkimlər onun beyninin ölümünü elan ediblər.
Kişinin ailəsi onun cəsədini orqanlar üçün bağışlamağa razılaşıb. Həkimlər bildiriblər ki, mərhumun ürəyi, ağciyəri və qaraciyəri transplantasiyası üçün resipiyentlər tapılana qədər Marlou həyat dəstəyində qalacaq.
Ailə Marlou ilə vidalaşmaq üçün xəstəxana çarpayısının ətrafına toplaşarkən o, ayağını tərpədib. KT müayinəsi də beyin fəaliyyətinin əlamətlərini göstərib. Kişinin həyat yoldaşı Meqanın dediyinə görə, bu, cəsədi orqan toplamaq üçün aparmağa hazırlaşarkən baş verib. "Mən tibb bacısına dedim ki, dərhal hər şeyi dayandırsın", - o xatırlayıb.
Belə hadisələr nadir hallarda qeydə alındığından həkimlər konsiliuma toplanıb səhvə yol verildiyi qənaətinə gəliblər. Kişi hələ də sağdır, lakin vəziyyəti ağır olaraq qalır və dərin komadadır.
İrfan Vəliyev