Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 08:14
Şəkidə 17 yaşlı gənci avtomobil vurub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Cümşüdov Rəşad Anar oğlu yolu keçərkən avtomobil onu vurub.
Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Yaralı təcili tibbi yardımın koməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Daha sonra Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.