Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 11:16
"Düşdüyümüz qrupu özümüzə uyğun hesab edirəm".
Bunu "Report"a müsahibəsində "Qarabağ"ın futbolçusu Kevin Medina komandanın UEFA Avropa Liqasının G qrupundakı şansları barədə danışarkən deyib.
29 yaşlı kolumbiyalı müdafiəçi qrupdakı hər klubun özünəməxsus adı və çəkisinin olduğunu bildirib: "Qarabağ"da da belədir, çünki qrupadək Polşa, İsveçrə, Macarıstan çempionlarını sıradan çıxarmışıq. Qrupdakı rəqiblər də necə komandaya qarşı mübarizə aparacaqlarının fərqindədirlər. Ümumi götürsək, bir az qəliz qrupdur. Şəxsən bu rəqiblərə qarşı oynamağı çox istəyərdim".
Qeyd edək ki, "Qarabağ" Almaniyanın "Frayburq", Fransanın "Nant" və Yunanıstanın "Olimpiakos" komandaları ilə eyni qrupa düşüb.