Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 18:46
1 kilo doğulan uşaq sağ qalıb.
Samsunda hamiləliyin 28-ci həftəsində min qram çəki ilə dünyaya gələn körpə reanimasiya şöbəsində 2 aylıq müalicədən sonra sağ qalıb.
Serhat və Selen Çətinin ilk körpəsi olan Çağan Samsun Liv Hospitalda vaxtından əvvəl doğulub. İlk doğulanda az qala barmaq boyda olan körpə reanimasiya müalicəsi nəticəsində sağlam şəkildə evə buraxılıb. 1 kilo doğulan Çağan körpə 2 aydan sonra 5 kilo yarıma çatıb.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, körpənin sağlamlıq vəziyyəti ilə əlaqədar şərhlər edən Liv Hospital Samsun Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Nazlı Karakullukçu Çebi bildirib ki, çox balaca doğulan körpələrin sağ qalma ehtimalı çox az olsa da üçüncü dərəcəli yenidoğulmuş reanimasiya şöbəsində təcrübəli həkimlər sayəsində sağ qalmağı bacarırlar.