Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kraliçanın ailə üzvləri Balmoral qəsrinə toplaşıb

Kraliçanın ailə üzvləri Balmoral qəsrinə toplaşıb

Tarix: 8 Sentyabr 2022 21:18

Apa-nın Britaniya bürosunun  xəbərinə görə, kraliçanın səhhətinin pisləşməsindən sonra ailə üzvlərindən Şahzadə Çarlz və Şahzadə Anne, Balmoral qəsrinə gəlib.

Kraliçanın digər ailə üzvlərindən Şahzadə Ulliam və Herri isə Şotlandiyanın Aberdin şəhərindən qəsrə doğru yola düşüblər.

Qeyd edək ki, bu gün Bukinqam Sarayı II Yelizavetanın səhhətinin pisləşdiyini, onun həkim nəzarətinə götürüldüyünü qeyd edib.

BBC telekanlı Kraliçanın Balmoralda tibbi nəzarət altında olduğunu elan etdikdən sonra müntəzəm proqram cədvəlini dəyişib.

O vaxtdan bəri kanal Kraliçanın səhhəti ilə bağlı xəbərlər yayımlayır.

Milli.Az


Etiketlər:  Kraliçanın ailə üzvləri Balmoral qəsrinə toplaşıb


RƏYLƏR