Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2022 15:16
Azərbaycan klubları avrokuboklar tarixində 600-cü qolu buraxıb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu xoşagəlməz yubiley Avropa Liqasının "Frayburq" - "Qarabağ" matçına təsadüf edib.
2:1 hesablı qələbə qazanan Almaniya təmsilçisinin ikinci qolunun müəllifi Ritsu Doan Azərbaycan komandalarını 600-cü dəfə topu tordan çıxarmağa məcbur edib. Klublarımız bu rəqəmə 407-ci qarşılaşmada çatıb. Futbolçularımız indiyədək buraxılan 600 qola 402 dəfə cavab verə bilib.
Qeyd edək ki, Azərbaycan komandalarının avrokuboklarda buraxdığı ilk qolun müəllifi türkiyəli Bülənt Uyğun olub. O, 1994-cü il avqustun 9-da keçirilən "Fənərbağça" - "Turan" görüşünün (5:0) 16-cı dəqiqəsində hesabı açıb.