Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Turaz Qartalı - 2022" təlimi başa çatıb - FOTO

Tarix: 9 Sentyabr 2022 19:42

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən "TurAz Qartalı-2022" birgə taktiki-uçuş təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar həyata keçirən hərbi pilotlarımız qardaş ölkənin hərbi pilotları ilə birgə verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.

Təlimdə plana uyğun olaraq şərti düşmənin hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri, eləcə də müxtəlif epizodlar üzrə digər tapşırıqlar icra olunub.

Hərbi pilotların təlimdə fəaliyyətləri təhlil edilərək təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Milli.Az


Etiketlər:  Turaz Qartalı 2022 təlimi başa çatıb FOTO


RƏYLƏR