Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 02:03
Alimlər bildirir ki, yuxudan qabaq isti vanna qəbul etmək tez bir zamanda yuxuya getməyə və keyfiyyətli yuxuya səbəb olur. Belə proseduraları, su temperaturunun 40-42 dərəcə olmaq şərti ilə yuxudan 1-2 saat əvvəl keçirilməsi məsləhət görülür.
Bu haqda "MedicalXpress" agentliyi xəbər vermişdir. Alimlərin belə bir nəticəyə, apardıqları 5 min müşahidədən sonra gəlmişdir.
Orta hesabla, insanların 24 saat ərzində, yatmazdan 1 saat öncə bioloji ritmləri, bədən temperaturunun azalmasıyla xarakterizə olunur. Bu dərəcə səhərə yaxın ən aşağı temperatur həddinə çatır. Daha sonra temperatur bioloji oyanma saatı rolunu oynayaraq artmağa başlayır.
İlıq duş və ya vanna qəbul etmək əllərdə və ayaqlarda qan dövranını yaxşılaşdırır. Bu da orqanizmə bədəndən artıq istidən azad olmasına xidmət edir. Alimlərin sözlərinə görə, orqanizmin belə bir fənd işlətməklə yuxunun temperatur dövrünü aldatmış olur.