Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futzal üzrə millimiz iki yoldaşlıq oyunu keçirəcək

Futzal üzrə millimiz iki yoldaşlıq oyunu keçirəcək

Tarix: 10 Sentyabr 2022 08:04

Futzal üzrə Azərbaycan milli komandasının Dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədi ilə sentyabrın 12-dən 16-dək Bakıda, 16-dan 20-dək isə Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışı olacaq.

Millimiz təlim-məşq toplanışı çərçivəsində sentyabrın 19-da və 20-də səfərdə Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Oyunlar Aktau şəhərindəki "Halyk Arena"da keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.

Milli.Az


Etiketlər:  Futzal üzrə millimiz iki yoldaşlıq oyunu keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ