Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 08:24
Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco" oktyabr ayında ABŞ-dan başqa bütün regionlardan olan alıcılar üçün ixrac etdiyi neftin qiymətini aşağı salacaq.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Asiyaya tədarük edilən "Arab Light" markalı neftin qiyməti bir barel üçün 3,95 ABŞ dolları ucuzlaşacaq. Nəticədə o, Oman və Dubayın "neft səbəti"ndən 5,85 dollar/barel baha olacaq. Digər neft sortları isə bir barel üçün 3-4,5 ABŞ dolları ucuzlaşacaq.
Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələrindəki müştərilər üçün Səudiyyə Ərəbistanı neftinin faktiki olaraq bütün növləri üçün qiymətlər bir barel üçün 2 ABŞ dolları azalacaq.
ABŞ-a ixrac olunan yanacağın bir bareli isə 0,5 dollar bahalaşacaq. Yalnız "Arab Light" markalı neftin qiyməti dəyişməyəcək, o, yenə də "Argus Sour Crude Index" bençmarkının kotirovkaları ilə müqayisədə bir barel üçün 6,15 dollar yüksək olacaq.