Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 08:30
Ermənistanın müdafiə naziri Suren Papikyan Vaşinqtonda ABŞ Milli Müdafiə Universitetində olub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.
Erməni nazir universitetin rəhbəri general-leytenant Maykl Plenlə görüşüb.
Bildirilib ki, Amerika Universiteti ilə Ermənistan Müdafiə Nazirliyinin Milli Tədqiqat Universiteti arasında həm kursların təşkili, həm də proqramların və tədris metodlarının hazırlanması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, erməni nazir sentyabrın 5-də ABŞ-a səfər edib.