Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 18:52
Avstraliyanın Tasmaniya ştatının Lonseston şəhərindən olan dörd yaşlı uşaq təcili yardım çağırmağı öyrənib və anasının həyatını xilas edib.
Sonxeber.net bildirir ki, bu barədə "ABC News" xəbər verir.
Uşağın anası Vendi Koker bildirib ki, tez-tez qıcolmalar keçirib və bu səbəbdən huşunu itirib. Qadın dörd yaşlı oğlu Montiyə təcili yardım çağırmağı öyrətmək qərarına gəlib. Ana oğlana izah edib ki, əgər xəstələnsə, Avstraliyada xilasedicilər üçün əsas zəng nömrəsi olan 000 nömrəsini yığsın.
Bir gün sonra qadının yenidən qıcolması olub və o, huşunu itirib. "Özümü pis hiss etdim və ərimlə əlaqə saxlamağa çalışdım, amma nəticəsi olmadı. Bir neçə dəqiqədən sonra Monti təcili yardım çağırıb və bundan sonra mən heç nə xatırlamıram", - qadın deyib. Uşaq təcili yardıma zəng edərək operatora anasının yıxıldığını deyib. O, həmçinin dörd yaşında olduğunu və itinin həmişə yad adamlara hürdüyünü deyib.
Koker oyananda həkimlər artıq ona kömək edirdilər. Anasını xilas etdiyinə görə oğlana fəxri fərman verilib. "Nənəsi gəldi və super qəhrəmanın harada olduğunu soruşdu. O, "Mən superqəhrəman deyiləm. Mən sadəcə qəhrəmanam", - uşağın anası deyib və oğlu ilə çox fəxr etdiyini əlavə edib.
Paramedik Daniel Masters oğlanın stresli vəziyyətin öhdəsindən yaxşı gəldiyini vurğulayıb. "Biz evə girdik və balaca Montini gördük. O, bizi qarşıladı və yerdə uzanmış anasının yanına apardı", - o deyib. Oğlan həkimlərin bütün suallarını cavablandırıb və baş verənləri ətraflı danışıb. Qadın qeyd edib ki, 15 illik işində ilk dəfə dörd yaşlı uşağın təcili yardım çağırdığını görüb.
İrfan Vəliyev