Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zabit Səmədovun vida döyüş gecəsi başlandı

Zabit Səmədovun vida döyüş gecəsi başlandı

Tarix: 10 Sentyabr 2022 19:54

Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib.

Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın "Mix Fight Championship" təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 72,5 kq çəki dərəcəsində kikboksçular çıxıb.

Kristian Baya (Niderland) 3 raundun yekununda Seyfulla Xambaxadovdan (Rusiya) üstün olub.

Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, "Yekəayaq" ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Bu döyüşün təxminən saat 23:00-da başlayacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Zabit Səmədovun vida döyüş gecəsi başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ