Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur kurortda istirahət edən yeniyetmə kokteyldən qurtum alan kimi vəfat etdi

Məşhur kurortda istirahət edən yeniyetmə kokteyldən qurtum alan kimi vəfat etdi

Tarix: 11 Sentyabr 2022 06:32

İspaniyada dostları ilə tətil edən britaniyalı yeniyetmə içkidən cəmi bir qurtum içdikdən sonra kokteyldən yaranan allergik reaksiyadan ölüb.

Milli.Az bildirir ki, bu barədə "The Sun" yazır.

Faciə 2022-ci il iyulun 8-də İspaniyanın məşhur kurort Kosta del Solda baş verib, lakin bu, yalnız indiki vaxtda məlum olub. Dostları ilə sahildə istirahət edən 18 yaşlı Şiv Mistri Karib dənizinin ənənəvi "Pina colada" spirtli kokteyli sifariş edib. Bir qurtumdan sonra britaniyalı anafilaktik şok keçirib. Həkimlər turisti xilas edə bilməyib və o vəfat edib.

Məlum olub ki, kokteylə kokos kremi əvəzinə süd əlavə edilib - Mistri uşaqlıqdan süd məhsullarına güclü allergik reaksiya verib. Bildirilib ki, yeniyetmə İspaniyaya Kembric Universitetinin tibb kollecinə daxil olmasını qeyd etmək üçün gəlib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Məşhur kurortda istirahət edən yeniyetmə kokteyldən qurtum alan kimi vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ