Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2022 12:12
Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Syudad-Viktoriya və Monterrey şəhərləri arasında sərnişin avtobusu və tez alışan maddənin olduğu yük maşınının toqquşaraq yanması nəticəsində azı 20 nəfər həlak olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə report xarici mətbuata istinadən xəbər verir.
Qəza nəticəsində hər iki avtomobil tamamilə yanıb, yük maşınının sürücüsü isə hadisə yerindən qaçıb.
Hadisə yerinə yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qəzanın başvermə səbəbi açıqlanmır.