Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2022 10:02
Laçın rayonundakı əkin sahələrinə suyun maneəsiz axınını təmin etmək məqsədilə kanalların lildən təmizləmə işləri aparılır.
Sonxeber.net xəbər verir ki, bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, rayonun 18510 hektar suvarmaya yararlı sahələri var. Bu ərazilərin 12600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur.
Rayon Qar-Qar çay və Kür çayları əhatəsindədir. Suvarma suyu öz axını ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir.
Qeyd edək ki, rayon ərazisində 17 ədəd nasos stansiya mövcuddur. 2022-ci ilin yanvar ayından etibarən nasos stansiyalar vasitəsilə 53700 m3 su verməklə 33190 hektar əkin sahəsinin suvarılması təmin edilib.