Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah bir neçə rayonda qaz olmayacaq

Sabah bir neçə rayonda qaz olmayacaq

Tarix: 12 Sentyabr 2022 12:22

Sabah bir neçə rayonun qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus "Azadkənd-İmişli" yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış və müvəqqəti qarşısı alınmış qaz sızmalarının ləğvi məqsədilə, sentyabrın 13-də saat 08:30-dan etibarən "İmişli" və "Otuzikilər" QPS-lərdən qaz təchizatının dayandırılması və təmir işlərinin aparılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonunun Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az


Etiketlər:  Sabah bir neçə rayonda qaz olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ